11 Sentyabr 2014 14:10
3 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kardaşyan bacıları bir-birləriylə yarışır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verirki, Kim Kardaşyanın 18 yaşındakı bacısı Kendall Cennerin ötən həftə GQ jurnalı üçün verdiyi çılpaq pozalar sosial mediada səs-küyə səbəb olub. Jennerin fotoqraf Russell Ceymsə verdiyi pozanı bacısı Kourtney Kardaşian "Instagram" səhifəsində paylaşıb.

Bundan başqa keçən həftə Mark Jacobs dəfiləsində podiuma çıxan Cenner ailəsindən heç kimi qonaqlar arasında görmək istəmədiyi də ortaya çıxıb.

Onun xüsusilə də Kim Kardaşyana dəfiləni izləməyə gəlməməsi üçün yalvardığı irəli iddia olunur. "Style" jurnalına danışan Cenner “Ailəmi sevirəm amma bu mənim işim”dir deyib.

Qeyd edək ki, Kendall Cener Kim Kardaşyanın ögəy bacısıdır.

Rüstəm


Müəllif: