Müğənni Aleyna Tilki dünyaca məşhur liderlərin, sənətçilərin və idmançıların heykəllərinin yer aldığı "Madame Tussauds" müzeyinin İstanbul şöbəsinə daxil olacaq.
Teleqraf.com xəbər verir ki, pop ifaçısı hazırlıq işlərinə başlayıb. O, bu günlərdə muzeyin Londondakı mərkəzindən gələcək kreativ komanda ilə görüşəcək.
Aleynanın saç və göz rəngi müəyyən ediləcək. Daha sonra pozu təsdiq edilib, ölçüləri götürüləcək. Aleyna mum heykəlinə geyindiriləcək libasını özü seçib, muzeyə təslim edəcək.
Bir fiqur üçün 40 insan 8 ay ərzində çalışır. Bütün işlər Londondakı əsas muzeydə aparılır. Bir mum heykəl 200 min dollara (1 milyon lirə) başa gəlir.