54 yaşlı aktrisa Monika Belluççi məşhur fransız dərgisi "Madame Figaro"ya müsahibə verib.
Teleqraf.com xəbər verir ki, aktrisa müsahibə zamanı Vensan Kassellə boşanmasını xatırlayıb. O, ayrılmasına üzüldüyünü etiraf edib. "Mənim qərarım idi. Amma ayrılıq heç də yaxşı hiss deyil" deyə, Monika söyləyib. O, 12 illik evliliyində bəzi məqamları açıqlamaqdan çəkindiyini deyib.
Ailəsinin tək övladı olan Belluççi tənhalıqdan hər zaman qorxduğunu bildirib.
Hollivud ulduzu plastik əməliyyatlarından da yan keçməyib "yaş başqa izləy qoyur. Qırışlar, qara kölgələr - bu da efir insanı üçün yaxşı deyil. Hər kəsin bir səbəbi var. Mən də plastik əməliyyatlar etdirmişəm" deyə, aktrisa əlavə edib.