Sosial şəbəkədə cəsarətli paylaşımları ilə gündəmdə olan müğənni Afaq Aslan öz həmcinslərindən şikayətlənib.
Teleqraf.com xəbər verir ki, məşhur müğənni bu barədə İnstaqram hesabında yazıb.
Yeni fotosunu paylaşan Afaq Aslan qadınlarla müqayisədə kişilərlə daha yaxşı yola getdiyini bildirib:
“Bir nəfər məndən niyə fotolarda yalqız olduğumu, dostlarım haqda soruşdu. Açığını deyəcəyəm, mənim dostum yoxdur. Mən dostluğa inanmıram. Amma bu mənim şəxsi fikrimdir. Bəli, bir neçə xəyanətdən sonra qadınlarla dostluq etmədim. Dürüst deyə bilərəm ki, kişilərlə ünsiyyət qurmaq daha asan və daha maraqlıdır”.
Foto: