Müğənni Nigar Camalın "Jara" musiqi festivalından uzaqlaşdırılması barədə məlumat yayılıb.
Teleqraf.com-un xəbərinə görə, News24.az-ın yaydığı informasiyada bildirilir ki, o, Stas Mixayılovla duet oxumadığına görə festivaldan kənarlaşdırılıb. Hətta səhnəyə çıxmayıb.
Sənətçinin mətbuat xidməti isə yayılan məlumatlara belə aydınlıq gətirib:
"Nigar Camalla Stas Mixayılovun dueti əvvəlcədən planlaşdırılıb və hər iki sənətçinin fonoqram üzərində canlı ifası nəzərdə tutulub. Lakin Bakıda səsyazma studiyasında S.Mixayılovun mahnısı Nigarın səsi ilə yazılsa da, səsin yazılma keyfiyyəti qarşı tərəfi qane etməyib. Festivalın keçiriləcəyi gün isə Nigar Camala S.Mixayılovun fonoqram üzərində canlı, onun isə təkcə canlı ifasının olacağı deyilib. Bu zaman isə müğənni həmkarı ilə onun səsinin arasında böyük fərq yaranacağını deyib və S.Mixayılovla səhnəyə çıxmaqdan imtina edib. Sənətçinin bu məsələyə görə "Jara" festivalından uzaqlaşdırılması və səhnəyə çıxmasının qarşısının alınması məsələsi ilə absurddur. Nigar Camal 26 iyul gecəsi səhnəyə çıxıb və "Я в твоем плену" mahnısını ifa edib. Bunun görüntüləri də var. "Jara" təşkilatçıları ilə komandamız arasında heç bir problem yaranmayıb".