5 Avqust 2019 23:55
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum türk aktyor Kemal Sunalın qızı Ezo Sunal və ailəsinin dənizdə gəzdiyi qayıq qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu haqda o, ozü sosial şəbəkədə yazıb.

"Ailə dostumuzun oğlunun xoş günündə işirak etmək üçün Böyükadaya getmişdik. Geri döndükdə dəniz taksisinə mindik. Birdən böyük bir gəmi bizim qayığa çırpıldı. Bütün şüşələr qırıldı. Bu qəzanı xəsarət alamadan atlatmağımız bir möcüzədir" deyə o qeyd edib.

Ezo gəminin kapitanın içkili olduğunu deyərək, hər kəsi daha diqqətli və məsuliyyətli olmağa çağırıb.


Müəllif: Teleqraf.com