12 Sentyabr 2014 11:43
2 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Orxan Babazadə yeni mahnısını üzə çıxarıb.

“Bahar çiçəyim” adlı mahnının musiqisi Ceyhun Əliyevə, sözləri teleaparıcı Azər Şirinə, oranjimanı isə Tərlana məxsusdur. Müğənni yaxın vaxtlarda mahnının ekran versiyasını da təqdim etməyə hazırlaşır. Bunu Teleqraf.com-a açıqlamasında müğənni özü deyib.

Klip fərqli bir üslubda çəkiləcək və böyük bir layihə kimi təqdim olunacaq: “Klipin bəlli bir büdcəsi olacaq. İstər texniki tərəfdən, istərsə də rejissor işi baxımından dünya standartlarına cavab verəcək. Ola bilsin ki, yaradıcı heyət başqa ölkədən dəvət olunsun. Onu da qeyd edim ki, mahnı Türkiyədə oranjiman olunub”.

Orxanın sözlərinə görə, sevgiyə həsr olunmuş mahnının klip versiyasında iştirak etmək üçün xarici ölkələrdən modellər dəvət olunacaq: “Bugün kliplərdə modellərin çəkilməsi artıq dəb halını alıb. Amma mən dəb xatirinə bunu etməyəcəyəm, sadəcə, musiqiyə ahəng qatmaq üçün tanınmış modelləri klipə dəvət edəcəyik. Hesab edirəm ki, mənim klipimdəki qızlar gözəllikləri ilə digər kliplərdəki qızlardan seçiləcəklər”. Modellərin hansı ölkədən dəvət olunması məsələsinə gəlincə, müğənni hələki, seçim etmədiyini deyib: “Ola bilsin ki, Afrika, İtaliya, ya da Rusiyadan model dəvət etdik, hələ bu barədə konkret fikir deyə bilmərik. Seçim edirik, ürəyimə yatan qızlar olarsa, onları da klipimə çəkəcəyəm”.

Qeyd edək ki, illər öncə tanınmış müğənni İradə İbrahimova da eyniadlı mahnını ifa edib. Görəsən, Orxanın ifa etdiyi “Bahar çiçəyim” İradənin mahnısı qədər populyar olacaqmı? Müğənni sualı özünəməxsus şəkildə cavablandırıb: “O dövr üçün “Bahar çiçəyim” məşhur idi. İndiki dövrdə mənim mahnım daha çox tutacaq. Hər halda bunu zaman göstərəcək”.

Teleqraf.com Orxan Babazadənin “Bahar çiçəyim” mahnısını təqdim edir:

Pərvin


Müəllif:

Oxşar xəbərlər