Türk müğənnisi İnanç Karaduman azərbaycanlı jurnalis Azər Nəsibovun musiqi və söz müəllifi olduğu "Adı sevgi" adlı mahnını ifa edib. Yeni çıxan "Senden ibaret" adlı albomunda yer alan mahnıya İ. Karaduman klip də çəkdirib.
DMC şirkətinin istehsalı olan klip bu gün youtube.com-da yayımlanıb. "Adı sevgi" mahnısının aranjinanı Toylan Kayaya, klipin rejissor işi isə Eyüp Diriliyə aiddir.
Türkiyədə olduğu qədər Azərbaycanda da tanınmaq istəyən İ. Karaduman həmyerlimizin mahnısını ifa etməklə məqsədinə doğru ilk addımı atdığını açıqlayıb. Müğənni Azərbaycan xalqı tərəfindən tanınıb, sevilmək, eləcə də gələcəkdə ölkəmizdə konsertlər vermək niyyətindədir.
Məlumat üçün bildirək ki, Azər Nəsubovun bundan əvvəl daha iki mahnısı türk müğənniləri tərəfindən ifa edilib. Müğənni Damla Koç onyn "Sahibi sən", Sezi Çeşitli (Tual qr.) isə azərbaycanlı müğənni Ümmanla "Yalnız kaldık" adlı mahnısını duet ifa ediblər.
Qarşıda daha bir türk müğənnisi - Banu Karaca Azər Nəsibovun iki mahnısını ifa edəcək.
Qeyd edək ki, Banu Karaca "Adı sevgi" mahnısına çəkilən klipdə İnanç Karadumanın tərəfmüqabili olaraq iştirak edib.
Sözügedən klipi təqdim edirik.