Türkiyədə 13 ildir davam edən "Arka Sokaklar" serialında növbəti ayrılıq yaşanıb.
Teleqraf.com xəbər verir ki, Pınar rolunun canlandıran İpek Yaylacıoğlu sosial mediya hesabında serialdan ayrıldığını bildirib. "Arka Sokaklar"da 9 mövsüm keçirən İpek həmkarlarına uğurlar arzu edib.
Qeyd edək ki, bir müddət əvvəl filmdə "Metin Çoban" rolunu canlandıran Furkan Göksel də öz İnstaqram hesabında serialdan ayrıldığını elan etmişdi.