Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfada doğulduğu mağaranın muzeyə çevriləcəyini bildirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı hazırda burada restorasiya işlərinin aparıldığını deyib.
"Kasıb ailənin uşağı olmuşam. Mağarada doğulduğum üçün əsla utanmıram, əksinə fəxr edirəm. Allah daha sonra yolumu açdı və bu yerlərə gəldim. Buranın muzeyə çevriləcəyi üçün çox xoşbəxtəm" deyə, o bildirib.