29 Avqust 2019 20:26
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktrisa Gönül Yazar özündən 32 yaş kiçik sevgilisi rejissor Rüzgar Maden barədə danışıb.

Teleqraf.com xəbər verir ki, 83 yaşlı sənətçi “İkinci sayfa” proqramına telefonla bağlanıb.

“Bir-birimizi çox sevrik, 51 yaşlı adamın harası cavandır? Ondan başqasına baxmıram. Ona çox güvənirəm. Çox əminəm ki, məndən başqasına baxmır. Yarım əsri devirmiş adamdır. Evlilikdən bəhs etməmişik. Mən belə sevgi görməmişəm. 10 yaşında məni filmdə görüb və mənə aşiq olub. İkimiz bu yolda getməyə qərar vermişik” deyə, o, sevgilisindən bəhs edib.

Qeyd edək ki, Gönül Yazar 7 dəfə evlənib və boşanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər