Xalq artisti Firəngiz Mütəllimova İnstaqram hesabında paylaşdığı foto ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, məşhur aktrisa sosial şəbəkədə 23 yaşında çəkilmiş fotosunu yayıb.
Firəngiz Mütəllimova sosial şəbəkə izləyicilərinin marağına səbəb olan paylaşımının üzərində bunları yazıb:
“Əlibala Hacızadənin “Unutmaq olmur” televiziya tamaşasından fotolar... 23 yaşında həm qızı, həm də anasını oynayırdım. Çox heyf ki, tamaşa səhvən silinib. Yaxşı ki, şəkillər qalıb. Xatırlayanlar oldu yəqin ki...”.
“Unutmaq olmur” televiziya tamaşası efirdə cəmi bir dəfə yayımlanıb. Ekran işində Firəngiz Mütəllimova ana və qız obrazlarını canlandırıb. Televiziya tamaşası yazıçı Əlibala Hacızadənin 1964-cü ildə yazdığı “Unutmaq olmur” romanı əsasında çəkilib.
Fotonu təqdim edirik: