Xəzər televiziyasında yayımlanan "Olduğu kimi" verilişi bağlanıb.
Teleqraf.com xəbər verir ki, teleaparıcı Zaur Nəbioğlunun aparıcılıq etdiyi "Olduğu kimi" verilişinin fəaliyyəti dayanıb.
Xəzər TV-də yeni mövsümdə verilişin anonsu yayımlanmayıb.
Qeyd edək ki, Zaur Nəbioğlu "Rəngarəng", "A-dan Z-yə" verilişinin aparıcısı olub.