18 Sentyabr 16:26
721

Məşhur müğənni Aleyna Tilkinin sentyabrın 26-da Kahramanmaraşda Sütçü İmam Universitetində baş tutacaq konserti ləğv edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkə istifadəçilərinin ifaçının Bodrumda iki ay əvvəl çəkilən bikinili pozuna etiraz etməsi olub.

Şəbəkə istifadəçiləri Aleyna Tilkinin konsertinin ləğv edilməsi üçün kampaniyaya başlayıb.

Bundan sonra Aleyna səhnəyə çıxmayacağını, universistet isə konserti təxir saldığını açıqlayıb.


Müəllif: Rəqsanə Həsənova