Aparıcı Samir Bayramlı oktyabrın 1-də efirə gedəcək “Maşın” şouda iştirakı haqqında yayılan məlumata münasibət bildirib.
Aparıcı Teleqraf.com-a açıqlamasında 18-ci sürətdə iştirakı ilə bağlı müraciət edilmədiyini deyib: “Hələ ki şouda iştirakım üçün müraciət edilməyib. Bu haqda xəbərim yoxdur. Bəlkə də siyahıda adım var. Şouya dəvət etsələr qəbul edərəm. Maraqlı və əyləncəli keçər. Bəzi tanışlardan eşidirəm ki, şouya dəvət edəcəklər”.
Qeyd edək ki, “Maşın” şou oktyabrın 1-də ATV kanalında yayımlanacaq. Şouda 18 məşhur iştirak edəcək.