20 Sentyabr 2019 11:57
3 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova meyxanaçı Orxan Lökbatanlını tənqid edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb meyxanaçının həyat yoldaşı Kəmalədən ayrılaraq model Aysu Bədəlzadə ilə sevgili olmasıdır.

O, Orxan Lökbatanlının ünvanına bu sözləri deyib: "Heyif beş yaşlı uşaqdan, evində gözünü dikib, qapıya baxıb ər gözləyən xanımdan. Ona görə də özünüzə sənət və iş seçin. Belə fərsizlərə güvənməyin. Öz ayağınız üstündə durun. Aciz olmayın, gedir cəhənnəmə getsin. Bir gün canı xəstə, cibi boş günlərini seyr edərsən".

Onu da bildirək ki, sosial şəbəkələrdə Kəmalənin meyxanaçının rəsmi həyat yoldaşı olmadığı və onun Səbinə adlı xanımla evli olduğu qeyd edilib.

Kəmalə mətbuata açıqlamasında meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb. Meyxanaçının bir aydır beş yaşlı oğlu ilə maraqlanmadığını bildirib.


Müəllif: Rəqsanə Həsənova