Ötən həftə ailə quran məşhur cütlük - Bred Pitt və Ancelina Coli altı uşaqları ilə birlikdə bal ayına çıxıblar.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda cütlük Maltada rejissoru Ancelina Coli olan “Dəniz sahilində” adlı filmin çəkilişindədirlər. Bal ayı üçün də eyni ölkəni seçin cütlük, həftə sonu kirayəyə götürdükləri lüks yaxtada paparatsilərin hədəfinə çevriliblər.
Kameraları görən Bred Pitt və Ancelina Coli geyimlərini çıxarıb dənizə girməyiblər.
Qeyd edək ki, “Cənab və xanım Smit” filmindən 9 il sonra cütlük “Dəniz sahilində” filmində birlikdə rol alacaqlar.
Rüstəm