Hazırda Türkiyədə müalicəsini davam etdirən xalq artisti Naibə Allahverdiyeva əsəbləşib. Buna səbəb mediada xalq artistinin kimlərdənsə pul istəməsi haqqında yayılan xəbər olub.
Xalq artisti Teleqraf.com-a açıqlamasında deyib: "Sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Guya mənim Bakıya qayıtmağa pulum yoxdur, kimlərdənsə pul istəyirəm. Elə şey etməmişəm. Sadəcə demişəm ki, Türkiyədən gəlməliydim, səhhətim birdən-birə ağırlaşdı və gələ bilmədim. Bilet pullarım batdı.
Mənə ordan-burdan zəng edirlər. Yenidən əsəbləşirəm və səhhətim pisləşir.
Jurnalistlərdən çox xahiş edirəm ki, belə xəbərlər yazmasınlar. Xəstə adamam, mənə əsəbləşmək olmaz. Qohumlarım və bütün Azərbaycan mənə zəng edir.
Dediyim kimi, heç kimdən heç nə istəmirəm. Biletimi alıb qayıdacam.
Sadəcə bəzi anlaşılmamazlıq oldu. Bu klinikanın çox bahalı olduğunu bilmirdim. Hər dəfə girib-çıxanda nə qədər pul ödəməlisən. Çox xahiş edirəm jurnalistlərdən, artıq şey yazmasınlar. Əsəblərim pozulur və xəstəliyim yenidən qayıdır".
Naibə Allahverdiyeva səhhətinin normal olduğunu və müailicəsinin davam etdiyini də söyləyib.
Qeyd edək ki, aktrisa “Elgizlə izlə” verilişində Türkiyədə səhhətinin pisləşdiyi demişdi.