1 Oktyabr 2019 12:22
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdən çıxmasına saylı günlər qalan müğənni Fədayə Laçının bacısı, müğənni İlahə Fəda Teleqraf.com-a müsahibə verib.

- İlahə xanım, Fədayə Laçının həbsdən çıxmasına bir aydan az vaxt qalıb. Məhkəmənin qərarı haqda ilk olaraq sizə kim məlumat verdi?

- Mənə vəkil Turkel Suleymanlı zəng etdi. Şoka düşdük. Çox sevinirik. Kiçik bacımla danışanda isə anam eşitdi. Fədayənin azad edilməsinə görə əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Çox sevincliyik. Çiləmiz bitdi.

- Xəbəri Fədayə xanımın oğlu necə qarşıladı?

- Oğlunun da hamımız kimi sevincinin həddi-hüdudu yoxdur.

- Həbs edilən zaman dəstək olmayan və indi sizə zəng edən məşhurlar oldumu?

- İlk öncə dəstək olanlara təşəkkürümü bildirirəm. Əvvəl axtarmayan və indi zəng edənlər daha çoxdur. Telefonlarım susmur.

- Hər həftənin altıncı günü Fədayə xanımla görüşə gedirsiniz. Bu həftə gediş fərqli olacaq. Ailə üzvlərinizdən kimlərin gedəcəyini qərarlaşdırmısınız?

- Hələ ki, kimlərin gedəcəyinə qərar verməmişik.


Müəllif: Rəqsanə Həsənova