1 Oktyabr 2019 19:59
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kraliçası II Elizavetin nəvəsi şahzadə Beatris sevgilisi Edoardo Mapelli Mozzi ilə nişanlanıb.

Teleqraf.com xəbər verir ki, cütlük İtaliyanın romantik şəhəri olan Pozitanoda üzüklərini taxıblar.

31 yaşlı şahzadə gələcək həyat yoldaşına jest olaraq İtaliyada evlənmək istədiyini deyib.

36 yaşlı Edoarda italiya əsilli aristokrat ailəinin oğludur. O, daşınmaz əmlakla məşğuldur.


Müəllif: Rəqsanə Həsənova