3 Oktyabr 2019 12:50
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Türkiyədə olan əməkdar artist Röya Ayxan “Maşın” şouda mübarizə aparan məşhurların çıxışına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan “Maşın” şoudan aşıq Namiq Fərhadoğlunun müğənni Nazim Pişəvərinin (Faytonçu Nazim) təklifi ilə Kərim Abbasovu çıxarmasına münasibət bildirib.

O, Faytonçu Nazim haqda bu sözləri deyib: “Bütün Azərbaycan xalqı möhtəşəm adamın şousuna baxır, eləcə də biz. İstanbulda yeməyə getik. Bu saatda evə gəldik. Hər kəsə uğurlar arzu edirəm. Köhnə məsələlərin “Maşın” şouda həll etmək doğrudur? Məncə, maşının davası getməlidir. Köhnə söhbətlərin, şəxsi davaların əleyehinəyəm”.

Qeyd edək ki, “Maşın” şouda Namiq Fərhadoğlu 69,41 faiz səslə müğənni Kərim Abbasova qalib gələrək oyununa davam etməyi bacarıb.


Müəllif: Rəqsanə Həsənova