4 Oktyabr 2019 09:40
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc aktrisa Pərvin Abıyeva Bakıda "Hareket sekiz" filminin qala gecəsinə qatılıb.

Teleqraf.com xəbər verir ki, gecədə yaşıl sinə dekokteli qısa əlbisədə kamera qarşısına keçən Pərvin Abıyeva cazibədarlığı ilə göz oxşayıb.

Aktrisa stilistə müraciət etmədiyini və öz zövqü ilə geyindiyini deyib.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin birgə istehsalı olan filmdə Ali Sunal, Onur Atilla, Devrim Yakut, Gürgen Öz, Bihter Dinçel, Sarp Bozkurt, Hakan Bilgin, Hande Katipoğlu, Aykut Taşkın və Azərbaycan tərəfindən isə Pərvin Abıyeva, İslam Mehrəliyev və Elcan Rəsul rol alıb.
Filmin rejissoru Ali Yorgancıoğludur. İki gün öncə filmin qalası İstanbulda da baş tutub.

Fotolar Ceyhunundur.


Müəllif: Teleqraf.com