4 Oktyabr 2019 12:34
1 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” şoudan çıxan müğənni Fuad Musayev Ayan Babakişiyevanı keçmiş həyat yoldaşı Füzuli Musayevə görə hədəf seçməsinə münasibət bildirib.

İfaçı Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Füzuli müəllimin bura nə aidiyyəti var? Bu haqda Tolik İnstaqramda öz səhifəsində yazıb. Səhv məlumatdır. Məmur adamdır, onluq heç nə yoxdur. Sadəcə oyunda iki qrup var idi, bizim və Ayan xanımın qruplaşması. Qrupun başçılarını vurmaq istəyirdik. Burada nə var ki?”

Fuad Musayev polkovnik Füzuli Musayevin əmisi oğlu olmasına da münasibət bildirib: “Füzuli müəllimlə uzaq qohumuq. Sadəcə yerliyik, gəncəliyik”.

Xatırladaq ki, prodüser Tarix (Tolik)Əliyev instaqramdaBu gün bilirsiniz ki, niyə Fuad Musayev Ayan Babakişiyevanı çıxarmaq istəyir? Füzuli Musayevin dostudur, uzaq qohumudur” deyə qeyd edib.

Qeyd edək ki, Fuad Musayev “Maşın” şouda 16,92 faiz səslə şouda oyununa davam edə bilməyib.


Müəllif: Rəqsanə Həsənova