4 Oktyabr 2019 15:04
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxanın eyni binada yaşaması diqqət çəkib.

Teleqraf.com-un əldə etdiyi məlumatına görə, illərdir küsülü olan Aygün Kazımova ilə Röya Ayxan bir il öncə qonşu olublar.

Həmin binaya Röya Ayxan üç il öncə, Aygün Kazımova isə bir il əvvəl köçüb. Küsülü müğənnilərin eyni binadan ev alması hər kəsi təəccübləndirib.

Qeyd edək ki, bu haqda ilk məlumatı axşam.az saytı yayıb.


Müəllif: Rəqsanə Həsənova