9 Oktyabr 2019 14:57
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Üçəlli” verilişinin qonağı müğənni Təranə Qumral və Musa Musayev olub.

Teleqraf.com xəbər verir ki, cütlük verilişə ailəsi ilə qatılıb. İfaçının qızı Qumral həyat yoldaşı Natiqin onunla eyni geyinməməsindən şikayətlənib: “Natiq mən deyən kimi və yaxud bir-birimizə uyğun geyinməyi xoşlamır. Bu insanın təbiəti belədir. Mənə çox vaxt deyirlər ki, özünüz geyinirsiz, bəs ona niyə geyindirmirsiz? Şükür, geyim üçün hər şeyimiz var. Amma o, rahat geyimi sevir. Efir də olsa, toy da olsa, nə istəsə elə geyinir”.

Təranə Qumral qızının bu açıqlamasına maraqlı reaksiya verib:
“Başına dönərəm Musanın, necə geyindirirəmsə, elə də geyinir. Musa müəllimin stili əslində rok stilidir. Amma mən klassik sevirəm deyə elə geyindirirəm”.


Müəllif: Rəqsanə Həsənova