10 Oktyabr 00:29
253

Xalq artisti Murad Dadaşovun aparıcılıq etdiyi "Maşın" şouda növbəti iştirakçının oyununa son qoyulub.

Teleqraf.com xəbər verir ki, şouda müğənni Ramal İsrafilov səsverməyə çıxıb. O, mübarizəsinə gizli davam edib və sonda 82,27 faiz səs toplayaraq şouda qalmağı bacarıb. Ramal İsrafilov oyundan aktyor Məcid Hüseynovu çıxarıb.

Oyun zamanı Niyam Səlaminin Ramal İsrafilova onu iki müğənni həmkarının çıxarmaq istədiyi haqda məlumat verib. Bundan sonra ifaçı tamaşaçılara səslənib və səs faizləri artmağa başlayıb. Qeyd edək ki, "Maşın" şouda xalq artisti Fatma Mahmudova, müğənni Türkan Vəlizadə, Niyam Səlami, aparıcılar Zümrüd Qasımova, Kəmalə Piriyeva və Suna Kasımoğlu iştirakına davam edəcəklər.


Müəllif: Rəqsanə Həsənova