10 Oktyabr 2019 11:40
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova haqqında Türkiyənin TV 8 kanalında yayımlanan “Gəl konuşalım” verilişində süjet təqdim edilib.

Teleqraf.com xəbər verir ki, “Para-para” mahnısını oxuyan Brilliant Dadaşova maraqlı açıqlamalarla çıxış edib: “Mətin Öztürkü proqramda görmüşdüm. Mənə dedi ki, sənə mahnı verə bilərəm. Eyni hadisə Fəttah Can ilə də baş verdi. Dörd-beş mahnı göstərdi. Onun studiyasına getdim. Pul ödədim.

Nə zaman zəng elədim, dedi ki, evimdən köçürəm, sevgilimdən ayrılmışam, bir az gözləyin. Pul da getdi, mahnılar da. Bu haqda danışıram, reklam etmiş oluram. Bunun üçüncu yolu nədir? Bu problem 8-9 il əvvəl baş verib. 19 min dollar Mətin Öztürkə, 18 min dollar isə Fəttah Cana vermişəm”.

Verilişin aparıcıları isə bu məsələ haqda Mətin və Fəttahın açıqlama vermədiyini və onların bu qədər məbləğ götürmədiklərini deyiblər.


Müəllif: Rəqsanə Həsənova