10 Oktyabr 2019 14:36
2 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” şouda aktyor Məcid Hüseynova uduzub oyundan çıxan müğənni Aysun İsmaylılova iddialı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova şouda səs topladığını və qalib gəldiyini idda edib: “Ramal, səni təbrik edirəm. O qrupdan bir nəfər qaldı, amma məncə, elə o da maşını aparacaq. Mən dünən Məcid bəyi çıxaracaqdım, amma sonda gördüm ki, Kəmalə xanım böyük rol oynayır. Nə qədər ki, o xanım var, biz qalib gələ bilməyəcəyik. Onun üçün səs yığsaydım, fikrimi dəyişib Kəmalə xanımı çıxaracaqdım.

Hamı soruşur ki, niyə bildiklərini demirdin. Heç vaxt deməyəcəm də. Çünki Məcid bəy mənə yaxınlaşıb demişdi ki, xalq məni pis tanıyır, verilişdə mənim üstümə gəlməyin. Mən də onun iki balası var deyə heç vaxt açıqlamayacam. Əsas odur ki, Məcid bəy və bəzi iştirakçılar hər şeyi bilir. Biz çox şeyi açıqlaya bilmirik, onun üçün heç nə deməyəcəm. Azərbaycan xalqı, mən sizi çox sevirəm.

Bilirəm ki, siz də sevirsiniz. Dünən mənə gələn səslərin çeklərini görmüşəm. Hər kəs bilir ki, mən qalibəm. Bu mənə bəsdir”.

Qeyd edək ki, Aysun ismayılova şouda 44,96 səs toplayaraq oyundan çıxıb.


Müəllif: Rəqsanə Həsənova