11 Oktyabr 2019 00:17
2 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” realiti-şousunun 18-ci sürətinin növbəti buraxılışı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu dəfə də müğənni Niyam Salami SMS səsverməsinə çıxıb. Niyam veriliş boyu hədəfini açıqlamayıb. 69,36% səs toplayan Niyam yarışmada qalıb. O, yarışmadan heç kimi uzaqlaşdırmayıb.

Qeyd edək ki, şouda mübarizəni müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.


Müəllif: Rəqsanə Həsənova