11 Oktyabr 2019 12:29
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” şoudan əlini çəkən və səbəbini açıqlamayan xalq artisti Fatma Mahmudova Teleqraf.com-un suallarını cavablandırıb.

- Fatma xanım, əlinizi maşından çəkərək oyunu tərk etdiniz. Səbəbini isə açıqlamadınız.

- Öncə onu deyim ki, “Maşın” şounun aparıcısı Murad müəllimə qarşı hədsiz hörmətim var, onu tək mən yox, bütün Azərbaycan xalqı çox sevir. “Maşın” şou çox maraqlı layihədir. Orada iştirak etməyimə şad oldum. Kollektivdən, Murad müəllimin xüsusi diqqətindən çox razı qaldım.

“Maşın” şounu müəyyən səbəblərə görə tərk elədim. Heç kimdən incikliyim yoxdur. Baxmayaraq ki, problemim var idi, amma ayaqüstə dayandım. Bəzi şeyləri deyə bilmərəm. Şoudan qalib kimi də çıxdım. Heç kimi incitmədim.

Demişdim ki, əgər üçlüyə qalsam, estafeti cavanlara verib çıxacam. Amma onların bəziləri şübhə içində idilər. Fikirləşirdilər ki, birdən Fatma xanım bizi çıxarar. İki dəfə əlimə şans düşdü, heç kimə dəymədim. Amma hiss edirdim ki, birinci məni yola salmaq istəyirlər. Dedim, onlar məni yola salınca, özüm gedim. Niyə özümü hörmətsiz eləyim?

- Niyam Səlami səsvermədə qalib gəldikdən sonra hədəfinin siz olmadığını açıqladı.

- Niyamı Səlamini doğrudan da çox sevirəm. Çox düzgün insandır. Amma insan şouda heç kimə inana bilmir. İnanıram ki, yenə səsvemrəyə çıxsaydım, tamaşaçılar məni qalib edəcəkdi.

- “Maşın” şouda kimin qalib gəlməsini istəyirsiniz?

- Avtomobili tele-aparıcı Kəmalə Piriyevanının qazanmasını istəyirəm. Çox tərbiyəli xanımdır. Düşünürəm ki, sona Ramal İsrafilov və Kəmalə Piriyeva qalacaq.


Müəllif: Rəqsanə Həsənova