11 Oktyabr 2019 20:28
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Dövlət Statistika komitəsinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev siyahıya alınmadan kənarda qaldığına görə sosial şəbəkədə şikayət edib.

“Statistika Komitəsi camaatı gizli siyahı ilə qeydə alır? Vergi ödəyirəm, amma əhaliyə aid deyiləm? Bu nə başı soyuqluqdur?”, - deyə xalq artisti qeyd edib.

Xatırladaq ki, bir çox insan Dövlət Statistika Komitəsinin keçirdiyi siyahıya alınma prosesinə cəlb olunmadığına görə narazılıq edib.
Rəqsanə Həsənova


Müəllif: Rəqsanə Həsənova