13 Oktyabr 2019 11:48
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur TV8 kanalının sahibi Acun Ilıcalının avtomobili qəzaya uğrayıb.

Teleqraf.com verir ki, teleaparıcının idarə etdiyi avtomobil təkərin partlaması nəticəsində yol kənarındakı maneəyə çırpılıb.

Avtomobili tamamilə yararsız hala düşən Ilıcalı heç bir xəsarət almayıb.

"Yol qəzasına uğradım. Səhhətim yaxşıdır. Zəng edən, soruşan hər kəsə təşəkkür edirəm, sevgilər", - deyə Ilıcalı Tvitter mikrobloqunda yazıb.


Müəllif: Teleqraf.com