13 Oktyabr 2019 23:14
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Azər Axşamın həyat yoldaşı Səbinə Şabanovanın adından sosial şəbəkə vasitəsi ilə Milli qəhraman Mübariz İbrahimovun ünvanına xoşagəlməz ifadələr paylaşııb.

Teleqraf.com xəbər verir ki, S.Şabanova adlı istifadəçi paylaşımda həyat yoldaşı Azər Axşamın ölkədə yeganə kişi olduğunu bildirib.

A.Axşam mətbuata açıqlamasında həmin profildən yazılan mesajların xanımı Səbinə Şabanovaya aid olmadığını bildirib:

“Birmənalı şəkildə, sizin sayt vasitəsilə hamıya çatdırmaq istəyirəm ki, bu profilin sahibi mənim həyat yoldaşım deyil. Xanımımın şəkilləri altında hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz bu cür əməllər edir. Düşünün, bir Azərbaycan anası vətən uğrunda həlak olan, Milli qəhrəman haqda bu cür çirkin sözlər yazar?

Bu, iftiradır və bizə qarşı yönəlmiş cinayətdir. Kimsə bizim ailəmizi el içində rüsvay edib, gözdən salmaq istəyir. Bunları mənim və ailəmizim düşməni edə bilər. İnanın düşdüyümüz bu situasiya bizi çox üzür. Bilmirəm, çarəni haradan tapaq?

Bundan əvvəl də eyni hadisə ilə üzləşmişik. 83 yaşlı anamın adına yalandan səhifə açmışdılar. Anamın adından ekstrasens Bayram Nurlunu, müğənni Nadir Qafarzadəni söyüb, təhqir etmişdilər. Düşünün, mənim anamın 83 yaşı var. O qadın, o yaşda sosial şəbəkənin nə olduğunu belə bilmir, o ki qaldı ondan istifadə etsin. Heç bir məntiqə sığmır. Bununla bağlı hüquq mühafizə orqanlarına yazılı şəkildə müraciət etdim. Lakin təəsüflər olsun ki, məslə öz həllini tapmadı. İndi hamı bir profil açıb məşhur bir insanı söyüb, onu biabr edir. İnternetdə bu cür şərəfsiz insanların sayı əfsuslar olsun ki, kifayət qədər çoxdur. Onlarla mübarizə aparmaq isə qeyri - mümkündür”.


Müəllif: Teleqraf.com