13 Oktyabr 2019 22:41
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Murad Dadaşovun aparıcılıq etdiyi "Maşın"da şoudan müğənni Niyam Səlami çıxıb.

Teleqraf.com xəbər verir ki, Niyam Səlami əlini maşından çəkərək oyunu tərk edib.

O, "Qadınla yarışa bilmirəm. Ramal ilə üçlüyə qalsaydım, rahat olardı. Heç kimin xətrinə dəyməmək üçün bunu etməli idim" deyə aydınlıq gətirib.

Müğənni Murad Dadaşovun "Sən burada çox adamı yola saldın. Öz oyunun var idi. Riyaziyyatla olsaydı bəlkə də hamıdan tez getməli idin" sualına
"Xəzər suyuna axan çirkabı təmizlədim" deyə cavab verib.

Qeyd edək ki, hazırda "Maşın" şouda aparıcı Lalə Mustafayeva səsverməyə çıxıb.
Oyunda müğənni Ramal İsrafilov, Niyam Səlami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Kasımoğlu iştirak edirlər.


Müəllif: Rəqsanə Həsənova