14 Oktyabr 2019 14:58
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” realiti şousunu ərsəyə gətirən “M Group Production”dan müğənni Rəqsanə İsmayılovanın ittihamlarına cavab verilib.

Rəqsanə İsmayılova aparıcı Kəmalə Piriyevanın oyun zamanı əlini maşından götürdüyünü iddia edərək videonun “Yutub” kanalından silindiyini deyib.

İfaçı “dayday” sayəsində avtomobili də aparıcının əldə edəcəyini vurğulayıb.

Mələsə ilə bağlı MGP-ın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli Teleqraf.com-a açıqlamasında ifaçının ittihamlarını əsassız hesab edib: “Video bizim “Yutub” kanalımızda var. Hardan silinib? Rəqsanə xanım qızı Aysun uduzub deyə bir az əsəbidir. Onu anlayıram və cavab vermək istəmirəm”.

Könül Əlibəyli “Maşın” şoudan avtomobili Kəmalə Piriyevanın aparacağına da münasibət bildirib: “Final hələ olmayıb. Onu baxıb görərik. Heç kim deyə bilməz ki, maşını filankəs aparacaq. “Maşın” “dayday” şousu deyil”.


Müəllif: Rəqsanə Həsənova