14 Oktyabr 2019 17:25
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” şouda iştirak edən aparıcı Lalə Mustafayeva müğənni Türkan Vəlizadə haqqında ittihamlar səsləndirib. O, Türkanın Vəlizadədən təhdid və hədə-qorxu mesajları aldığını deyib.

Məsələ ilə bağlı Türkan Vəlizadənin meneceri Elvin Salmanov Teleqraf.com-a açıqlama verib.

O, Türkan Vəlizadənin aparıcını təhdid etmədiyini deyib: “Fanatların yazdığı mesajı Türkan xanımın adıyla əlaqələndirməsi düzgün deyil. Onu Türkanın hədə-qorxusu kimi başa düşməsi isə öz işidir.

Camaat ona yazır ki, “Türkan xanıma görə verdiyimiz səs haramın olsun”. O da həmin sözləri Türkan xanımın adından deyir. Mənə də deyirlər ki, Türkan xanıma görə Lalə Mustafayevaya bu qədər səs atdıq.

Lalə xanım özünü təmizə çıxarmaq üçün elə deyir. Çünki xalqın içində biabır olub. Dediyim kimi, Türkan xanım ona təhdid dolu mesaj yazmayıb.

Lalə Mustafayeva Türkan xanımı çıxarmasaydı, “Maşın” şouda ilk üçlüyə qalacaqdı. Türkan xanım onun üçün güclü rəqib idi. Ona görə qorxusundan onu çıxardı”.

Qeyd edək ki, Lalə Mustafayeva “Maşın” şouda səsvermədə qalib olub və Türkan Vəlizadəni oyundan kənarlaşdırıb.


Müəllif: Rəqsanə Həsənova