15 Oktyabr 2019 17:36
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müraciətim operativ şəkildə müsbət həllini tapdı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev Dövlət Statistika Komitəsinin keçirdiyi siyahıya alınma prosesinə cəlb olunduğunu bildirərkən deyib:

“Dünən Dövlət Statistika İdarəsindən zəng gəldi. Narahatçılığımdan xəbərdar olduqlarını söyləyib, bu məsələdə göstərdiyim həssaslıq və prinsipiallığımı təqdirəlayiq adlandırdılar.

Və problemin kökündən aradan götürülməsi üçün dərhal reaksiya nümayiş etdilər. Bu gün respublika əhalisinin siyahıya alınmasında iştirakım təmin olundu. DSK rəhbərliyinə, əməyi keçən hər bir Komitə əməkdaşına minnətdaram.

Vətəndaş müraciətinə peşəkar yanaşmanız, dövlət mənafelərinə xüsusi diqqətiniz çox sevindirdi”.

Qeyd edək ki, Faiq Ağayev bir neçə gün öncə Dövlət Statistika Komitəsinin keçirdiyi siyahıya alınma prosesinə cəlb olunmadığına görə narazılıq etmişdi.


Müəllif: Rəqsanə Həsənova