15 Oktyabr 2019 23:08
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu “Madame Figaro” dərgisinin Türkiyə sayının üz qabığına çəkilib.

Teleqraf.com xəbər verir ki, haqqında “İstanbulun “first lady”si” başlığı yazılan Dilək İmamoğlunun şəkillərini fotoqraf Cüneyt Akeroğlu lentə alıb. Bələdiyyə sədrinin xanımının şəkilləri sosial şəbəkə izləyicilərinin tərif yağmuruna tutulub. İzləyicilər onun modellərdən geri qalmadığını yazıblar.

Dilək İmamoğlunun şəkillərinin və müsahibəsinin dərginin digər dillərində də çap olunmasına qərar verilib.


Müəllif: Teleqraf.com