16 Oktyabr 2019 12:39
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Zülfiyyə Xanbabayeva 52 yaşını qeyd edir.

Müğənni ad günü təəssüratlarını Teleqraf.com-a bölüşüb:

“Hər zamankı kimi doğum günümü ailəm və dostlarımla qeyd edəcəm. İlk təbriki də onlardan – ailəm və sevənlərimdən aldım. Bu günümə və hər keçən günümə görə Allahıma sonsuz şükürlər olsun”.

Xalq artisti “Sənət dostlarınızdan kimləri ad gününüzə dəvət edəcəksiniz” sualına cavab bu haqda məlumat vermək istəmədiyini deyib.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla ailəlidir. Cütlüyün Dəniz adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova