16 Oktyabr 2019 14:01
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yəhyayeva ARB TV-nin “Show News” verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Sevda Yəhyayeva şəxsi həyatından danışıb:

“Dünənə qədər ailə qurmağı düşünmürdüm. Sadəcə karyera haqda fikirləşirdim. Artıq arzularımın çoxuna çatmışam. İndiyədək bu məsuliyyəti hiss etmirdim. Barmağımdakı sevdiyim üzükdür. Həmişə taxıram. Tək qaş üzükləri sevirəm.

Hər gün İnstaqramda sevgi etirafı alıram. Xoş sözlər yazırlar. Bunlar məni çox xoşbəxt edir.

Sevməmişəm, ona görə bu haqda danışmağa utanıram. Əsas odur ki, qarşıma çıxacaq adam insan olsun. Xoşbəxtlik maddiyyatda deyil”.


Müəllif: Teleqraf.com