18 Oktyabr 2019 14:12
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan telekanalında yayımlanan "Maşın” realiti-şounun qalibi məlum olub.

“M Group Production” mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, "Maşın" şouda finala qalan iki aparıcı – Lalə Mustafayeva və Suna Kasımoğlundan biri əlini maşından çəkib.

Qalibin kimliyi gizli saxlanılır və bu gün axşam canlı efirdə qeyd ediləcək.

Qeyd edək ki, ötən gün müğənni Ramal İsrafilov əlini maşından çəkərək finaldan getmişdi.


Müəllif: Rəqsanə Həsənova