19 Oktyabr 2019 00:15
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

"MGP"-nin təqdim etdiyi "Maşın" realiti-şousunun "Maskarad" adlı 18-ci sürətinin final gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, ATV-də yayımlanan "Maşın" şounun qalibi aparıcı Suna Kasımoğlu olub. O, 50 min manat dəyərində Opel İnsignia markalı avtomobilin sahibi olub.

Şouda 18 məşhur avtomobil uğrunda mübarizə aparıblar.
Onlar sırasında
meyxanaçı Aqşın Fateh, müğəmnilər Aysun İsmayılova, Ramal İsrafilov, Ayan Babakişiyeva, Kərim Abbasov, Türkan Vəlizadə, aparıcılar Kəmalə Piriyeva, Suna Kasımoğlu, Lalə Mustafayeva, xalq artisti Bilal Əliyev, xalq artisti Fatma Mahmudova, aşıq Namiq Fərhadoğlu, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami və s. iştirak ediblər.

Şouda finalda aparıcılar Lalə Mustafayeva, Suna Kasımoğlu mübarizə aparıblar.


Müəllif: Rəqsanə Həsənova