19 Oktyabr 2019 16:39
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fatma Mahmudova ilə küsülüyə son qoyan müğənni Ramal İsrafilov ilk dəfə bu haqda danışıb.

Ramal İsrafilov Teleqraf.com-a açıqlamasında xalq artisti ilə barışdığını deyib.

"Hazırda münasibətimiz yaxşıdır. Fatma xanım dedi ki, əsəbi olub və oğlu kimi ərk etdiyi üçün mənə "gədə" deyib. Bizi istəməyənlər də deyir ki, dilindən söyüş çıxıb. Məni söyə-söyə sevir (gülür)", - deyə ifaçı söyləyib.

Fatma Mahmudova isə saytımıza açıqlamasında "Bir tamaşada oynayırıq, orada deyilir ki, "gədə"ni bura çağır. Burada nə var ki?! O, mənim balamdır" deyərək müğənni ilə münasibətinə aydınlıq gətirib.

Qeyd edək ki, "Maşın" şouda Fatma Mahmudova ilə Ramal İsrafilovun münasibəti pisləşmişdi.


Müəllif: Rəqsanə Həsənova