21 Oktyabr 20:54
223

"Bu gün unutmayacağım hisslərlə doludur. Tamaşaçılarıma sonsuz təşəkkür edirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti fəxri adına layiq görülən Tünzalə Ağayeva deyib. O, cənab prezident İlham Əliyevə təşəkkür edib: "Hörmətli cənab prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Bu böyük adı daşımaqdan qürur duyuram".

O, Xalq artisti fəxri adına layiq görülən Röya Ayxanı və Miri Yusifi də təbrik edib.


Müəllif: Rəqsanə Həsənova