22 Oktyabr 12:27
355

Tele-aparıcı Vüsalə Əlizadə ilə rəfiqəsi, müğənni Ayan Babakişiyevanın küsülü olduğu iddia edilib.

Teleqraf.com xəbər verir ki, illərdir rəfiqə olan Vüsalə Əlizadə və Ayan Babakişiyevanın münasibətinin pisləşdiyi qeyd edilib.

Sosial şəbəkə izləyiciləri “Siz Ayan xanımla küsülüsünüz?” sualına aparıcı “Bu hardan çıxdı” deyə reaksiya göstərib. Aparıcı daha sonra şəbəkə izləyicilərinə cavab olaraq Ayan Babakişiyevanın fotosunu instaqramda paylaşıb.

İfaçı paylaşıma reaksiya göstərməyib.

Diqqət çəkən digər bir məqam isə Ayan Babakişiyevanın “Maşın” şouda iştirakı zamanı Vüsalə Əlizadənin ona dəstək olmaması olub.

Xalq artisti Röya Ayxan və bir çox məşhurlar oyunda Ayan Babakişiyevaya dəstək veriblər.


Müəllif: Rəqsanə Həsənova