22 Oktyabr 2019 15:10
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB-də aktrisa Zümrüd Qasımova öz etirafı ilə hər kəsi təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, aktria “Show News” verilişində bir həmkarı ilə xoşagəlməz hal yaşadığını etiraf edib:

“İllər öncə bir aktrisa ilə seriala çəkilirdik. Adını deməyəcəyəm. O zaman mənim 22 yaşım var idi. O xanım indi yaşlaşıb. Həmin xanım mənə şillə vurmalı idi. Şillə vurmağın texnikası var. Bu xanım 3 dəfə üzümə möhkəm şillə vurdu. Ona dedim ki, heyfinizi çıxırsınız məndən? Ayıb olsun sizə. Kim mənə nə edir, nə arzulayırsa, min qatını ona diləyirəm”.


Müəllif: Teleqraf.com