23 Oktyabr 01:54
1 024

Məşhur reper Niki Minaj sevgilisi Kennet Petti ilə evlənib.

Teleqraf.com xəbər verir ki, sənətçi özü bu haqda sosial şəbəkədə məlumat verib.

Minaj bir neçə ay əvvəl mətbuata açıqlamasında sənətdən gedəcəyini və özünü ailəsinə həsr edəcəyini demişdi.

Qeyd edək ki, Minajın əri keçmiş məhbusdur. O, təcavüz və adam yaralama səbəbilə iki dəfə həbsdə olub.


Müəllif: Teleqraf.com