23 Oktyabr 11:52
533

“Doğma insanlar heç vaxt efirdən addım atmır. Doğma elə doğmadır. Biz onlara getdik, onlar bizə gəldi. Anlaşılmazlıq olmuşdu, lazımsız söhbətlər ortaya çıxmışdı. Hazırda hər şey əladı. Mələkxanım başımızın tacıdır”.

Bu sözləri Teleqraf.com-a müğənni Ramal İsrafilov deyib.

O, bir müddət əvvəl küsülüyə son qoyduğu bibisi, xalq artisti Məlkəxanım Əyyubova haqqında danışıb.

Müğənni bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Abbas Bağırovdan söz açıb: “Abbas Bağırovla barışdıq. Mən çalışıram ki, heç kəslə küsülü qalmayım. Ən azından “A-trio" qrupunun rəhbəri olub. Mahnılarımı oxuyurdu, adımı səsləndirmirdi. Məsələn, “Aləm gözəl”. Mahnı istəyirlər, verirəm, sonra da haqqıma girirlər.

Tamaşaçı bilir ki, Ramal heç kimin mahnısını oxumaz. Allah mənə elə istedad verib ki, heç kimin notunda gözüm yoxdur. Amma mənim mahnımı kimsə mənimsəyəndə danışmağa məcbur oluram. Əsas odur ki, xalq məni tanıyır, bəstələrimi bilir”.

Qeyd edək ki, Ramal İsrafilov ailəsi ilə ATV-də qonaq olarkən Mələkxanım Əyyubova canlı yayıma qoşularaq qardaşının ailəsi ilə barışıb. Onların küsülü olmasına səbəb Ramal İsrafilov və qardaşı Valeh İsrafilovun üç xanımın videosunu çəkməkdə günahlandırılması olub.


Müəllif: Rəqsanə Həsənova