23 Oktyabr 14:48
917

ARB televiziyasında “Show News” verilişinin növbəti qonağı xalq artisti Brilliant Dadaşova olub.

Teleqraf.com xəbər verir ki, xalq artisti həmkarlarını saxtakarlıqda ittiham edib.

“Təəssüf edirəm ki, bizim azadlığımızı bəzi səviyyəsi aşağı olan sənət insanları düzgün qəbul etmirlər. Bu gün tüpürdükləri üzü sabah yalayan insanları görüb təəccüblənirəm. Bir-birilərinə çox nalayiq sözlər deyib, sonra da qucaqlaşıb “barışdıq” deyirlər. Küsüb-barışmaq yaxın insanlar arasında olar. Sənətdə bir insan ya dostundur, ya da deyil. Bu gün küsüb, sabah barışmaq gündəmdə qalmaq üçündür. Bu, tamaşaçı qarşısında simasızlıq deməkdir. Saxtakarlığa nifrət etdiyim üçün belə insanlardan uzağam. Onlar olan atmosferdə belə olmuram. Layiq bilmirəm. Day-day, sevgili, sponsor gücünə gəlib sənin yanında dayanırlar. Sonra da əsl simalarını göstərirlər”.


Müəllif: Aysel