24 Oktyabr 2019 19:26
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Tarkanın qətldə ittiham olunan qardaşı oğlu Servet Tevetoğlu məhkəməyə gəlməkdən imtina etdiyi üçün axtarışa verilib.

Teleqraf.com xəbər verir ki, o, iş adamının qətlində ittiham olunur. Məhkəməyə qədər zaminə buraxılan Servet Tevetoğlu həbs olunmamaq üçün gizlənib.

Mərhumun yaxınları məhkəmədə Servet Tevetoğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb ediblər.

Hakim icraçılardan Servet Tevetoğlunun zorla məhkəməyə gətirilməsini tələb edib.


Müəllif: Teleqraf.com